Nara yenə təəccübləndirdi:

“Qalatasaray”ın futbolçusu Mauro İkardi Vanda Nara ilə barışıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Ntvspor” məlumat yayıb. Bildirilir ki, Maldiv adalarında istirahətə gedən İkardi və Nara ayrı-ayrı paylaşım edərək, barışdıqlarını açıqlayıblar. “Həyatımın qadını deyildin. Həyatımı dəyişdirən qadın idin. Ancaq Disney hekayələrinin ikinci sezonları da var. Səni sevirəm Vanda” - İkardi yazıb.

Qeyd edək ki, tərəflər bir neçə ay əvvəl ayrılmışdı. Nara həyat yoldaşının onu aldatdığını deyərək, ayrıldığını elan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR