“Şimal axını-2”nin partlamış hissəsinin görüntüsü

“Sualtı pilotsuz uçuş aparatı Baltik dənizinin dibində “Şimal axını 2” qaz kəmərinin partlayan hissəsini videoya çəkib”.

Metbuat.az xəbər verir ki, video görüntülər Bornholm kanalında nümayiş etdirilib .

Məlumatda qeyd olunur ki, kanal çəkiliş üçün Danimarka Dəniz Administrasiyasından icazə almaq üçün bir neçə həftə gözləyib. Yekun qərar isə noyabrın 24-də qəbul edilib. Qeyd edək ki, sualtı pilotsuz uçan aparat operatoru partlamış boru kəmərinin hissələrini lentə almaq üçün hadisə yerində təxminən beş saat axtarış aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR