Özbəkistanın uğurlu gözəllik mütəxəssisi Muattar Raupova Bakıda təltif olundu -

Özbəkistanın tanınmış kosmetoloqu Muattar Raupova biznes sferasına 23 yaşında qədəm qoyub. Ən böyük arzusu özünü bir iş qadını kimi inkişaf etmək olan Muattar Raupovabu gün müxtəlif istiqamətlərdə bir sıra uğurlu layihələrin müəllifidir

Muattar Raupovanın biznes şəbəkəsinə "Dr. Muattar Estetik" klinikası, lisenziyalı kosmetoloqlar akademiyası, tibbi və kosmetoloji avadanlıqların idxalı ilə estetik təbabət daxildir. Onun mərkəzində kosmetoloji istiqamətdə üzün cavanlaşdırılması üzrə bütün müasir avadanlıqlar mövcuddur. Burada dəri üzərində mezoterapiya, biorevitalizasiya, yaşla əlaqəli dəri dəyişikliklərinin inyeksiya ilə korreksiyası peşəkarlıqla həyata keçirilir.

Öz bilik və bacarıqlarını artırmaq, fəaliyyət göstərdiyi sahə üzrə dünya standartlarının tələblərinə cavab vermək məqsədilə Muattar Raupova hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres və seminarlarda iştirak edir.

Onun artıq bu sahədə çalışan 1000-dən çox tələbəsi var.

Muattar Raupova Özbəkistanda xüsusilə qadın biznesinin inkişafına böyük töhfə verir.

O, 1989-cu ildə Özbəkistanın Buxara şəhərində anadan olub. 2011-ci ildə Daşkənd Pediatriya İnstitutunu bitirdikdən sonra Daşkənd Dövlət Dermatologiya və Təbiət Elmləri İnstitutunun magistratura pilləsinə qəbul olur. Raupovanın öz sahəsində zəngin beynəlxalq təcrübəsi onu digər həmkarlarından fərqləndirir. Belə ki, o Amsterdam, Moskva, Dubay, Odessa, İstanbul, Sankt-Peterburq, Cenevrə kimi şəhərlərdə beynəlxalq seminar və konqreslərin iştirakçısıdır.

Muattar Raupova 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Talented Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR