"Həftənin beşinci günü rəsmilər, tanınmışlar müəyyən məsafəni piyada getsin" -

"Xaricdə etsəydilər, dərhal hamı "əla" deyəcəkdi. Niyə özümüzdə olan nümunəvi hərəkəti dəstəkləməyək? Nazirdən başlayaraq sıravi əməkdaşa qədər Gənclər və İdman Nazirliyinin bütün kollektivi bu gün işə avtomobilsiz gəlib. Bildiyim qədər bəziləri ictimai nəqliyyatdan istifadə edib, yaxınlıqda yaşayanlar piyada gəzərək işə çatıb".

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin üzvü Sənan Şəfizadə bildirib.

O, son illər əksər hallarda piyada gəzdiyini qeyd edib.

"Piyada gəzmək əla təşəbbüsdür. Təsəvvür edin, hər həftənin cümə günü rəsmilər, tanınmışlar piyada müəyyən məsafəni qət edərsə, maraqlı layihəni reallaşdırmaq olar. Bu təşəbbüsün digər nazirliklər, federasiyalar, olimpiya və dünya çempionları tərəfindən davam etdirilməsini istərdim. Növbəti cümə bəlkə Mədəniyyət Nazirliyi estafeti qəbul etsin...", - deyə S.Şəfizadə təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR