Rusiyanın gücünü yaxşı qiymətləndirməliyik -

“Ukrayna önəmli uğurlar əldə etdi. Lakin Rusiyanın gücünü qiymətləndirməmək olmaz”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, NATO Ukraynanın güclü və müasir silahlarla təmin edir və bu silahlar müharibədə həlledici əhəmiyyət daşıyır. Stoltenberqin açıqlamasına görə, Rusiyanın gücünü diqqətə almaq lazımdır.

“Rus raketlərinin və pilotsuz uçuş aparatlarının Ukraynanın şəhərlərinə, mülki sakinlərə və vacib mülki obyektlərə hücumları davam edir. Avtoritar rejimlər güc ilə məqsədinə çatarsa, dünya hamı üçün təhlükəli yer halına gələcək” - Stoltenberq deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR