Ermənistan ordusunda biabırçılıq -

"Orduda hərbçilər araq içir, qumar oynayırlar".

Metbuat.az Hrapaprak nəşrinə istinadən xəbər verir ki, bu sözləri erməni deputat Hayk Sarksyan müdafiə naziri Surek Papikyana müraciətində deyib. O qeyd edib ki, bundan çoxlarının xəbəri olmasa da, Ermənistan ordusunda problemlər çoxdur:

"Orduda hərbçilər arasında qumar oynamaq populyardır. İçki və narkotikdən istifadə çox yaygındır. Orduda müxtəlif səviyyələrdə mövcud olan cinayətlər və ya yaramazlıqlar var. Mən bilmək istəyirəm ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyi onlarla mübarizə aparmaq üçün hansı addımlar atır?", - deyə o nazirə deyib.

Orduda baş verənləri tənqid edən deputat bildirib ki, hərbçilərin hamısına bərabər maaş vermək lazım deyil. Çoxları heç 100 metr qaça bilmir: "Bizdə müqaviləli əsgərlər var ki, qoşduqları silahı belə bilmirlər", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR