Leyla Abdullayeva türkiyəli həmkarı ilə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın qardaş Türkiyənin bu ölkədəki səfiri Ali Onaner ilə görüşü olub.

Metbuat.az xəbər verir ki, görüşdə səfirlər iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əlaqələrdən söz açıblar.

"Qardaş Türkiyə səfiri ilə Parisdə tanışlıq görüşündə çox maraqlı və əhatəli fikir mübadiləsi baş tutdu", - deyə Abdullayeva tviter hesabında paylaşım edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR