Azərbaycanda bir ailənin 4 üzvü öldürüldü -

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

Qətlə yetirilənlərin adları:

1971-ci il təvəllüdlü Tərgül Quliyeva, 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1996-cı il təvəllüdlü Amin Quluzadə, 2002-ci il təvəllüdlü Xəyal Quluzadə.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR