Rusiyanın neft gəlirlərini azaltmaq üçün anlaşdılar

Aİ və G7 ölkələri və Avstraliya Rusiyadan dəniz yolu ilə daşınan neftin qiymətini kəskin azaldıb .

Metbuat.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 60 dollara razılaşdırılıb.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen qərarın sanksiyaların təsirini artıracağını və Rusiyanın neft gəlirlərini azaldacağını bildirib.

Qeyd edək ki, G7 ölkələri bundan öncə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin qiymətini 65-70 dollar arasında təklif etsələr də, xüsusilə Polşa, Litva və Estoniya daha aşağı qiymət üçün təkliflər verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR