Azərbaycanda yollar buz bağlaya bilər -

Azərbaycanın bəzi bölgələrinə qar yağır.

Metbuat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu səbəbdən yollar buz bağlaya bilər:

"Saat 12:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR