Neftin qiymətindən nə xəbər?

Dünya bazarında neft bahalaşıb.

Metbuat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, "Brent" neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,47% artaraq, 1 barelə görə 77,53 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,67% artaraq 72,49 dollara bərabər olub.

Nyu-York birjasında təbii qaz bahalaşıb. NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,71% artaraq, 5,88 ABŞ dolları təşkil edib.

Azərbaycan neftinin qiymətinə gəlincə, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,76 ABŞ dolları, yaxud 2,14 % azalaraq 80,33 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR