Tanınmış meyxanaçı qəzaya düşdü -

Meyxanaçı Namiq Məna avtomobil qəzası keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində olarkən məlumat verib. Meyxanaçı bildirib ki, qəza Yeni Saray yolunda baş verib.

O, avtomobili çox sürətlə sürmədiyini, hərəkətdə olan zaman "Hyundai" markalı avtomobilin onun nəqliyyat vasitəsini yandan vuraraq qəza törətdiyini açıqlayıb. Namiq Məna həmçinin qəzada xəsarət alanın olmadığını bildirib.

O bildirib ki, maşının ehtiyat hissələri Azərbaycanda tapılmadığına görə, avtomobilini hələ də təmir edə bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR