Bakıda iməclik keçiriləcək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şənbə günü, dekabr ayının 17-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.

BŞİH-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.

BŞİH müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırıb, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR