"Azərbaycan tərəfi dialoqa hər zaman açıq olub" -

Azərbaycan tərəfi dialoqa hər zaman açıq olub.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, dialoqu irəli aparan tərəf Azərbaycan olub.

“Azərbaycanın dialoqa açıq olması bu məsələnin əməkdaşlıq şəraitində həll olunmasının dəstəklədiyini bir daha göstərir. Bu yanaşmanı Azərbaycan daha əvvəl də göstərib. Laçın yoluna alternativ yolun çəkilməsi prosesində yerli erməni əhali ilə ünsiyyətlər də oldu, onların bir sıra xahişləri nəzərə alındı”, - deyə nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR