9-cu zərbə:

Avropa Birliyi ölkələri Rusiyaya qarşı 9-cu sanksiya paketinin tətbiq edilməsi barədə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Birliyinə sədrlik edən Çexiyanın rəsmi sosial media hesabında qeyd edilib. Bildirilib ki, nümayəndələr sanksiyalar barədə ilkin razılıq əldə ediblər. Məlumata görə yeni qadağalar Rusiyanın 200 şəxsini və 3 bankını əhatə edəcək. Sənədin əlavə detalları barədə məlumat verilməyib.

Xarici KİV-lər yazır ki, qadağalar arasında Rusiyaya ikili təyinatlı məhsulların ixracının və mədən investisiyalarının qadağan edilməsi də var.

Avropa Birliyi Rusiyaya qarşı 9-cu sanksiya paketinin tətbiqində razılığa gələ bilmirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR