DÇ-2022: 3-cü yer kimin olacaq?

Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçiriləcək.

Metbuat.az xəbər verir ki, bürünc medal görüşündə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR