Ərdoğan Qətərdə DÇ-2022-nin finalını izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərdə dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə şənbə günü Türkiyə liderinin administrasiyasının "Twitter" səhifəsində deyilir.

"Prezidentimiz Qətər Əmirinin dəvəti ilə dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün dekabrın 18-də Dohaya səfər edəcək", - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, R.T.Ərdoğan DÇ-2022-nin açılış mərasimində də iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR