Vətən müharibəsi şəhidinin atası

Vətən müharibəsi şəhidi Toğrul Hacıyevin atası Siyavşah Hacıyev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə şəhidin yaxınları məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Toğrul Hacıyev Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Hacıyev oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Toğrul Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Bir 1 nəfər, saqqal və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR