AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar verilib.

Metbuat.az milli assosiasiyaya istinadən xəbər verir ki, diplom və sertifikatları qurumun Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim edib.