Ləğv edilmiş Bakı-Naxçıvan-Bakı aviareyslərinin yerinə yetirilməsi davam edir

Dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib, dekabrın 17-18-də vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşınıblar.

Metbuat.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) verilən məlumata görə, bu gün də aviaşirkət sözügedən istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18-19-da vaxtı dəyişdirilmiş reyslərin sərnişinləri daşınacaq.

Bütün reyslər cədvələ uyğun yerinə yetiriləcək. Bakıdan Naxçıvana əlavə üç reys saat 11:00, 15:00 və 20:10, Naxçıvandan Bakıya isə saat 13:20, 17:20 və 22:30-a planlaşdırılıb. Bununla da, hava şəraiti səbəbindən təxirə salınmış bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınması bu gün başa çatdırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR