Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb və Prezidentin Sərəncamıyla bu vəzifəsindən azad edilib.

Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib