Rusiya ordusu Ukraynada yüz mindən çox hərbçi itirib

Ukrayna Baş Qərargahı müharibə başlayandan bəri Rusiya ordusunun 100 min 400 əsgər itirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada son 24 saat ərzində 600 rus əsgərinin zərərsizləşdirildiyi qeyd edilib. Açıqlamaya görə, müharibə başlayandan bəri Rusiya ordusuna məxsus 283 təyyarə, 267 helikopter, 3 min tank, 5981 zirehli texnika, 1978 top, 413 reaktiv yaylım atəşi sistemi və 212 hava hücumundan müdafiə sistemi Ukrayna tərəfindən məhv edilib. Həmçinin, Rusiya ordusunun atdığı 653 qanadlı raket Ukrayna müdafiə qüvvələri tərəfindən vurulub.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabr ayındakı açıqlamasında Ukraynadakı müharibədə 5937 rus əsgərinin həyatını itirdiyini demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR