Ərdoğan finalda Fransa uduzduğu üçün məyus olan Makrona nə deyib? -

Məlum olduğu kimi, Dünya Çempionatı - 2022-nin final mərhələsində Argentina Fransanı məğlub etmişdi.

Metbuat.az xəbər verir ki, final görüşündə Fransa Prezidenti Emmanuel Makrondan əlavə bir çox məşhurlar iştirak etmişdi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan.

Makronun matç zamanı verdiyi reaksiyalar çox müzakirələrə səbəb olmuşdu. Belə ki, oyunda Fransanın geridönüş edərək hesabı bərabərləşdirdiyi dəqiqələrdə Makron qol sevinci yaşayıb. Penaltilər seriyasında Fransa Prezidentinin üzgün olması, Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani sevinci sosial mediada gündəm olmuşdu.

Finalı izləyən Ərdoğan və Makronun bu görüntüsü gündəm oldu - VIDEO

Ərdoğan isə Ərzurumda gənclərlə görüşdə oyundan sonra Makrona dediyi sözləri açıqlayıb. O bildirib ki, Argentina yaxşı oynayıb, Mbappeinin də gələcəyi yaxşıdır:

"Makrona dedim ki, üzülmə. Penaltilər də Argentina möhtəşəm idi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR