Putin onlardan "küsüb" -

Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiya Prezidentinə və Macarıstanın Baş nazirinə Yeni il təbriki göndərib.

Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin saytında Rusiya Prezidenti Vladimir Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrikləri dərc edilib. Avropa liderlərindən yalnız ikisi - Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban təbrik olunan liderlər arasındadır.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı jurnalistlərin suallarına aydınlıq gətirib:

“Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adıçəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR