Çexiyada quş qripi epidemiyası başladı

Çexiyada H5N1 - quş qripi aşkar edilib.

Metbuat.az Çexiya TV-yə istinadən xəbər verir ki, Çexiya Dövlət Baytarlıq İdarəsi (HLV) bildirib ki, epidemiya 742 min yumurtaçı toyuğun yaşadığı Brod nad Tychou kəndindəki quşçuluq fermasında baş verib. HLG-nin sözçüsü Petr Mayerin sözlərinə görə, hazırda virusun patogenliyi gözlənilir.

Mayer qeyd edib ki, baytarlar tərəfindən nümunələrin götürülməsinə və quşçuluq fermasında vəziyyətin araşdırılmasına başlanmasına səbəb sexlərdən birində quşların ölüm hallarının kəskin artması olub.

Qeyd edək ki, ət istehsalçıları virus səbəbindən istehsalın azalmasına təsir edə biləcəyindən ehtiyat edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR