ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycanı Yeni il münasibətilə təbrik edib

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, təbrik ABŞ-ın Azərbaycandakı səfirliyinin tviter səhifəsində paylaşılıb.

"ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevaranın Azərbaycan xalqına Yeni il təbrikini sizinlə bölüşürük! Sizə xoşbəxt və firavan Yeni il arzu edir və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik", - təbrikdə deyilir.

Videomüraciətində diplomat 2023-cü ildə Azərbaycan mətbəxi, adətləri, mədəniyyəti haqqında daha çox öyrənəcəyinə ümidvar olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR