“Serbiyanı müharibədən xilas etdik və sülhün qorunması üçün lazımi addımlar atılacaq”.

Metbuat.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç belə açıqlama verib. O, ötən ilin yekunlarına dair açıqlaması zamanı bildirib ki, Serbiya müharibədən xilas edilərək, ayağa qaldırılıb. Vuçiç Kosovonun şimalında çətinliklərlə üzləşdiklərini ifadə edərək bildirib ki, Serbiya Brüssel razılaşması da daxil olmaqla bütün razılaşmalara hörmət edir. Lakin Kosovo heç bir razılaşmaya hörmət etmir.

Vuçiç Serbiyanın maliyyə sabitliyini qoruduğunu və ölkəsinin maliyyə sabitliyi baxımından Avropa ölkələri ilə müqayisədə daha əlverişli mövqedə olduğunu bildirdi.