Prezidentlərin bürcləri -

Məlum olduğu kimi yenicə qarşıladığımız 2023-cü il dovşan ilidir. Maraqlıdır, görəsən, dünya prezidentlərindən hansıları bu ildə doğulub?

Metbuat.az siyasətdə öndə olan prezidentlərin bəzilərinin bürcləri və doğulduqları illər barədə məlumatı təqdim edir:

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan - 26 fevral 1954-cü ildə doğulub. Onun bürcü balıqlar, doğulduğu il isə at ilidir.

Azərbaycan Prezidenti İlham Əliyev - 24 dekabr, 1961-ci il. Prezidentin bürcü oğlaq, ili isə öküz ilidir.

Ukrayna Prezidenti Volodimir Zelenski - 25 yanvar 1978-ci ildə doğulub. Onun bürcü dolça, ili isə at ilidir.

Rusiya Prezidenti Vladimir Putin - 7 oktyabr 1952-ci il. Putinin bürcü tərəzi, ili isə əjdaha ilidir.

Belarusun dövlət başçısı Aleksandr Lukaşenko - 30 avqust 1954 -ci il. Bürcü qız, ili isə at ilidir.

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In - 8 yanvar 1982-ci il. Bürcü oğlaq, ili isə it ilidir.

Amerika Birləşmiş Ştatlarının Cozef Bayden - 20 noyabr 1942 - ci ildə anadan olub. Bürcü əqrəb, ili isə at ilidir.

Fransa Prezidenti Emmanuel Makron - 21 dekabr 1977. Bürcü oxatan, ili isə ilan ilidir.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi - 12 noyabr 1948. Rəisinin bürcü əqrəb, ili isə siçan ilidir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev - 24 iyul 1957. Bürcü şir, ili isə xoruz ilidir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev - 17 may 1953. Tokayev buğa bürcüdür. O, ilan ilində doğulub.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov - 6 dekabr 1968. Oxatan bürcündən olan Japarov meymun ilində anadan olub.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov - 22 sentyabr 1981. Berdiməhəmmədov qız bürcündən, xoruz ilindəndir.

Tacikistan Prezidenti Emoməli Rəhmon - 5 oktyabr 1952. Emoməli Rəhmon isə tərəzi bürcündən, əjdaha ilindəndir.

Ermənistan Prezidenti Vahaqn Qarniqi Xaçaturyan - 22 aprel, 1959. Buğa bürcündən, donuz ilindəndir.

Çin dövlət başçısı Si Cinpini - 15 iyun 1953. Cinpin əkizlər bürcü, ilan ilidir.

Yaponiya imperatoru Əlahəzrət Naruhito - 23 fevral, 1960-cı ildə doğulub. Naruhito balıqlar bürcündən, siçan ilindəndir.

Böyük Britaniyanın kralı III Çarlz - 14 noyabr 1948. Kralın bürcü əqrəb, ili isə siçan ilidir.

Pakistan Prezidenti Arif Alvi - 29 iyul, 1949 -cu il. Şir bürcü, öküz ilidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR