"Dünya reytinqində favorit olmağım məni daha da ruhlandırır"

Dünya reytinqində favorit olmağım məni daha da ruhlandırır. Cari ildə keçiriləcək turnirlərdə layiqincə çıxış etmək istəyirəm.

Metbuat.az xəbər verir ki, bu sözləri qılıncoynatmanın sablya növü üzrə milli komandamızın lideri Anna Başta deyib.

Avropa çempionu Gürcüstan, Bolqarıstan və Qazaxıstandan olan idmançılarla birgə Bakıda hazırlıq keçdiklərini bildirib: “Düşünürəm ki, bu toplanışın millimizə faydası olacaq. Tunisdə keçiriləcək Qran-Pridə yaxşı çıxış etməyə çalışacağıq. Apreldən Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar başlayır. Bütün diqqətimizi bu turnirlərə yönəldəcəyik. Gücümüzü elə bölməliyik ki, il ərzində keçiriləcək turnirlər üçün kifayət etsin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR