Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi

Ermənistanın “Milli Demokratik Zolaq” (“Bever”) siyasi hərəkatının üzvləri Rusiyanın İrəvandakı səfirliyi qarşısına yürüş edib.

Metbuat.az xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.

Aksiyanın qarşısını almaq üçün hadisə yerinə polis qüvvəələri cəlb olunub.

Qeyd edək ki, yanvarın 8-də “Milli Demokratik Zolaq” təşkilatı Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolları bağlamışdı.

Xatırladaq ki, “Bever” bir neçə il əvvəl Ermənistanda polis əməkdaşlarını girov götürmüş radikal “Sasna Tsrer” hərəkatının əsasında yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR