Neftin qiyməti artdı

Dünya bazarlarında neftin qiyməti cüzi artıb.

Metbuat.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,07 % bahalaşaraq 1 bareli 82,72 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,05 % artaraq 1 bareli 77,45 ABŞ dolları təşkil edib.

Ekspertlər hesab edirlər ki, Çində tələbin bərpası səbəbindən bazarlarda nikbinlik hökm sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR