“Polad” ləqəbli polkovnik vəfat etdi -

“Polad” ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

O, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi olub.

Qeyd edək ki, polkovnik daha əvvəl Biləsuvar, İmişli, Şamaxı rayonlarının polis rəisi kimi də çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR