Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi açıqlandı

Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR