Dayanmaq bilmirlər - 100 milyonluq transfer rəsmən açıqlandı /

İngiltərənin “Çelsi” klubu Mixail Mudriki transfer etdiyini rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, “Çelsi” 22 yaşlı futbolçu üçün “Şaxtyor Donetsk”ə bonuslar da daxil olmaqla 100 milyon funt sterlinq ödəyib. Gənc yarımmüdafiəçi ildə 8,6 milyon funt sterlinq qazanacaq. Futbolçu bildirib ki, bir sıra klublardan təklif olsa da, o özü “Çelsi”də oynamaq istəyib. Mixail Mudrik İngiltərə premyer liqasının möhtəşəm olduğunu və “Çelsi”nin yeni layihəsinin onun diqqətini çəkdiyini qeyd edib.

Qeyd edək ki, bu, Todd Boehlinin “Çelsi”ni alandan sonra klubun 13-cü transferi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR