Kadidən müəmmalı vida:

Xəbər verdiyimiz kimi, "Qarabağ" braziliyalı forvard Kadi Borgeslə yolların ayırıb.

Metbuat.az xəbər verir ki, Borges instaqram hesabında azarkeşlərlə və klubla vidalaşıb:

"Hər şey bir gün başa çatır, başqa bir səhnə qapanır. Demək istədiyim hər şeyi yazsam, sətirlər yetərsiz olacaq. Çünki Azərbaycanda yaşadıqlarım həyatımda indiyədək ən çılğın və ən gözəl şeylərdən bir idi.

Klub üçün mübarizə apardığım dövrlərdə mənə verdiyi dəstəyə, yanımda olan oyunçulara və "Qarabağ”ın bütün heyətinə ürəkdən təşəkkür edirəm. Gələn Kadini yeni Kadiyə çevirməyi bacardığınız üçün istisnasız olaraq hər birinizə təşəkkür edirik.

Klubdan 74 oyunda 28 qol, 28 məhsuldar ötürmə, Premyer Liqa və ölkə kubokunun qalibi, mövsümün bombardiri, mövsümün ən yaxşı oyunçusu olaraq ayrılıram.

Təsəvvür etmədiyim şəkildə məni qucaqlayan azarkeşlərə də xüsusi təşəkkürümü bildirirəm. Siz bizim ailə üçün bənzərsiz idiniz. Bu gün karyeramda yeni bir çağırışa və fəslə keçirəm, hər gün məni təəccübləndirdiyi üçün Allaha şükür edirəm, onsuz bunların heç birinin mümkün olmadığına əminəm. "Qarabağ”a, azarkeşlərinə sevgi və sonsuz ehtiramımı bildirirəm, hamınıza uğurlar arzulayıram. Yenidən görüşmək üzrə, vida olmayacaq. Sevgi ilə Kadi. Nuş olsun!".

Kadinin sonda xüsusi qeydi daha çox diqqət çəkib. O bildirib ki, "Qarabağ”da getməyilə bağlı hər şeyi bir gün izah edəcək və əslində, nə baş verdiyini danışacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR