İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən24 yanvar tarixində növbəti hərrac keçirəcək.
Metbuat.az qurumun saytına istinadən xəbər verir ki, hərraca 9 obyekt çıxarılıb.
Satışa çıxarılan obyektlər arasında Ağcabədi Regional Mədəniyyət İdarəsinə tabe olan Ağcabədi rayonunun Şənlik kəndində yerləşən eyniadlı kənd klubudur.
Sahəsi 611,9 kv. metr olan kənd klubunun ilkin satış qiyməti 20 000 manat təşkil edir. Klubun yerləşdiyi 5 737,9 kv. metr sahəsi olan torpaq sahəsi isə 10 000 manat satışa çıxarılır.
Ümumi hərracın qiyməti isə 30 000 manat təşkil edir.