“Papanin” və “Kubinka”da XÜSUSİ ƏMƏLİYYAT keçirildi -

“Papanin” və “Kubinka” kimi tanınan ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olan 7 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları “Papanin”, “Kubinka” ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyatlar keçirib.

Tədbir zamanı bu ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər - Davud Rəhimov, Üzeyir Qurbanov, Məhəmməd Mirzəyev, Ceyhun Əliheydərov, Rafus Mustafayev, Vüqar Səfərov və Ruslan Məmmədov saxlanılıblar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR