Bakıda "Prius" sürücüsündən

Bakıda şəhərin mərkəzində "Toyota Prius" markalı avtomobilin maraqlı görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Görüntülərdə "Prius" sürücüsünün avtomobil arxa hissəsinə "Sığortam yoxdur, ehtiyatlı ol" sözləri yazılıb.

Sürücü bununla ictimaiyyətə mesaj verib ki, onun avtomobilini sığorta şirkətləri sığorta etmirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli mövzu ilə bağlı bildirib ki, bəzi avtomobillərin sığorta edilməməsi prosesi mülki məsuliyyət yaradır və həmin avtomobil sahiblərini çətin vəziyyətə salır: "Nəqliyyat vasitələrinin icbari qaydada sığortalanmasını adiyyəti dövlət orqanları nəzərə almalıdır ki, bu prosesin ciddi şəkildə nəzarət olunması həmin şəxslərin mülki məsluyyət hüquqlarının yaranması, eləcə də inzibati məsuliyyət hüquqlarının yaranmaması üçün nəzərdə tutulmuş hüquqi prosedur qaydadır".

Araz Əsgərli həmçinin deyib ki, avtomobillərə öz nömrəsini, digər sözlər yazmaq və diqqət yayındıran fotolar vurmaq yolverilməzdir: "Bu cür formada avtomobili idarə etmək hərəkət iştirakçılarının diqqətini yayındırır, hətta bəzi hallarda reklam haqqında qanunvericiliyin tələblərini də pozur.

Müxtəlif xarakterli yazılar, ifadələr isə ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərlə sığmayan, ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığına səbəb olur".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR