İngiltərə Premyer Liqasında 20-ci tura start verilib

Yanvarın 21-də İngiltərə Premyer Liqasında 20-ci turun oyunlarına start verilib.

Metbuat.az xəbər verir ki, günü mərkəzi matçı Liverpulda keçirilib. “Çelsi” ilə qarşılaşan “Mersisaydlılar” növbəti dəfə xal itkisinə məruz qalıblar. Belə ki, matçda qolsuz heç-heçə qeydə alınıb.
Günün digər matçlarında isə aşağıldakıə nəticələr qeydə alınıb:
“Bornmut” – “Nottingem” – 1:1
“Lester” – “Brayton” – 2:2
“Sauthempton” – “Aston Villa” – 0:1
“Vest-Hem” – “Everton” – 2:0
“Kristal Pelas” – “Nyukasl” – 0:0
Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 47 xalla “Arsenal” başçılıq edir. Ondan 5 xal geri qalan “Mançester Siti” ikinci, 39 xalı olan “Nyukasl” isə üçüncü pillələrdə qərarlaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR