Qəzaya düşən yeniyetmə 2 həftədən sonra ÖLDÜ -

Mingəçevirdə yol qəzasına düşən 14 yaşlı yeniyetmə ölüb.

Metbuat.az xəbər verir ki, yanvarın 13-də Samux küçəsində Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi "Qaz 21031" markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi “Mercedes Benz C” markalı avtomobil toqquşub.

"Mercedes Benz C" markalı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq o, 14 gündən sonra ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR