Bakıda evdə

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində (Kənd Əhmədli), Balaxan Süleymanov küçəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin mətbəxində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR