Putin Consonu raketlə təhdid edib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, Conson bildirib ki, Ukrayna müharibəsindən əvvəl telefon danışığı zamanı o, Putini Ukraynaya müdaxilə etməkdən çəkinməyə çağırıb. Conson xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinin cəlb edilməsinə səbəb olacaq. Conson həmçinin Putinə Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını deməklə Rusiyanı hərbi əməliyyatlardan yayındırmağa çalışıb.

Putin isə bu çağırışlara mənfi cavab verib. "Məni hədələdi və şən bir şəkildə dedi: Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bir dəqiqə çəkəcək” – deyə Putin Consona cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR