Yaralı səfirlik əməkdaşlarının durumu

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı yaralanmış şəxslərin son vəziyyəti açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, yaralıların vəziyyəti stabil olaraq qalır.

"Hər iki şəxsin vəziyyəti normaldır. Onlar hazırda həkim nəzarəti altındadır",- deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR