Pakistanda matəm elan edildi

Pakistanın Pəşəvər şəhərində məsciddə törədilən terror aktı qurbanlarının sayı 90 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistan Radiosu məlumat yayıb. Hadisə nəticəsində 200-dən çox yaralı rayon xəstəxanasına çatdırılıb, onların təxminən yarısı artıq evə buraxılıb. Qeyd olunur ki, artıq ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilib və onlar dəfn olunmaq üçün yaxınlarına təhvil verilib.

Qeyd olunur ki, Pakistan hüquq-mühafizə orqanlarının əməkdaşları həkimlərlə birlikdə binanın dağıntıları altında sağ qalanların axtarışı üçün xilasetmə əməliyyatını davam etdirirlər. Terror qurbanlarına görə əyalətdə bir günlük matəm elan edib.

Məlumat üçün bildirək ki, Pişəvər şəhərinə hücum yanvarın 30-da həyata keçirilib. Partlayışdan sonra məscidin dam örtüyü uçub. Xatırladaq ki, “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR