Valideynlərinin imtina etdiyi məktəbli:

"Atamla anam boşandı, daha sonra ikisi də ayrı-ayrı adamlarla evləndilər, məndən imtina etdilər”.

Metbuat.az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsi zamanı 17 yaşlı Fərid deyib.

O bildirib ki, ali təhsil almaq üçün kömək istəyir.

"10-cu sinifdə oxuyuram. Dərsdən sonra ofisiant işləyib, özümü dolandırmağa çalışıram. Ali təhsil almaq, alman dilini öyrənmək istəyirəm. Seçdiyim qrup üzrə məni pulsuz hazırlaşdıracaq müəllimlər olsa, çox sevinərəm”, - deyə o bildirib.

Daha ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR