Transferin son saatlarında ŞOK -

Hakim Ziyeçin transferi ilə bağlı futbolçunun özü və “Çelsi” klubu ilə razılıq əldə edən PSJ transferi reallaşdıra bilməyib.

Metbuat.az “Ntvspor”a istinadən xəbər verir ki, buna səbəb “Çelsi”nin PSJ-yə 3 dəfə səhv sənəd göndərməsi olub. Bildirilir ki, səhv sənədlərin göndərilməsi nəticəsində bir neçə saat vaxt gedib. Ardınca transfer pəncərəsi bağlandığına görə transfer reallaşmayıb. Qalmaqaldan sonra mərakeşli futbolçunun PSJ-yə transferi Fransa Futbol Federasiyasının qərarından asılı olacaq.

PSJ nümayəndələri transferdən imtina etmək istəmir və bununla bağlı Fransa Futbol Federasiyasına müraciət edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR