Uşaqlar genetik təsirlə şəkərə yoluxa bilər? -

"Şəkər xəstəliyinin uşaqlara keçməsində genetik ötürmənin rolu var".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib. Onun sözlərinə görə, əgər həm ata, həm ana diabetdirsə, bu xəstəlik 30% uşağa keçə bilər.

O qeyd edib ki, son 10 ildə uşaqlar arasında şəkər xəstəliyinə tutulma artıb. Əsasən 5-7 yaşdan 12-dək uşaqlarda şəkər xəstəliyini müəyyən etmək olur.

Endokrinoloq uşaqlarda görülən şəkər xəstəliyinin ilkin əlamətlərini açıqlayıb: "Birinci diabetdə insulininin fəaliyyəti azalır. Bu zaman şəkər xəsətliyinin əlamətidir. Yəni ilkin əlaməti uşaqların tez-tez sidiyə getməsi, tez-tez su içməsi, sidik qaçırmaları, çox yemək yemək, buna baxmayaraq kilo ala bilməməsi əlamətləridir. Bu hallar kəskin şəkər xəstəliyində baş verir və 2-3 ay ərzində görülür. İkinci diabet xəstəliyində isə uşaqlar daha çox kök olurlar, dəri qəhvəyi rəngə çalmağa başlayır, halsızlıq, yorğunluq, aclığa dözümsüzlük, diqqət pozğunluğu tez-tez əsəbilik kimi əlamətlərlə uşağa bu diaqnoz qoyulur. ".

Həkim qeyd edib ki, əgər valideynlər bu halları ifrat dərəcədə görürsə, həkimə müraciət edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR