Mirzoyan Rusiya səfiri ilə danışıqlar apardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər regional təhlükəsizlik və stabilliklə bağlı məsələləri müzakirə ediblər.

Qeyd olunub ki, görüşdə Ermənistan-Rusiya münasibətlərində gündəliyə daxil olan bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR