Azərbaycan millisinin üzvündən GÖZLƏNİLMƏZ QƏRAR:

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasından ayrılır.

Metbuat.az-ın məlumatına görə, bu barədə polşalı jurnalist Şimon Yançik özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, 25 yaşlı müdafiəçinin karyerasını Cənubi Koreyada davam etdirəcəyini yazıb. Oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmayıb.

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına 2021-ci ilin yayında təqribən 70 000 avro qarşılığında keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR