Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini açıqlayıb.
Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, o, Serbiyanın eyni zamanda Qərblə də münasibətləri pozmayacağını bəyan edib. Serbiya lideri Vuçiç deyib:
“Mən bu vəziyyətdən həyəcanlı deyiləm. Lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsək, nə qədər davam edə biləcəyimizi bilmirəm. Biz bu sanksiyaları tətbiq etmədiyimizə görə əvəz ödəyirik. Lakin bu, rəhbərliyimizin siyasi öhdəliyi ilə bağlı məsələdir.Ukraynadakı müharibədən sonra vəziyyət əvvəlki kimi deyil. Qərb dövlətləri Kosovodakıproblemi” tez bir zamanda həll etməyə çalışır”.